Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Kəmalə Hüseynli: "İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır"

21 noy 2024, 10:10
Kəmalə Hüseynli: "İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır"

İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır.

Liderxeber.az xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova tədbir çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" adlı tədbirdə bildirib.

"Bunu deməyə ehtiyac yoxdur, çünki hər gün dünyanın müxtəlif yerlərində bunun şahidi ola bilərik. Su dövriyyəsi əsasən iqlim dəyişikliyinin təsiri ilə dəyişir. Biz iqlim platformalarında su haqqında da danışmalıyıq, çünki bu, fikrimizcə birbaşa aktual mövzudur. Azərbaycanda su təhlükəsizliyi ilə bağlı çətinlikləri bilirik. Yəqin ki, siz Xəzər dənizinin daralmasının həyəcanverici dərəcədə şitmisiniz. Dünyanın əksər yerlərində suya bir problem kimi baxılır, həm də həll yoludur. Bu, həm də təsirin azaldılması və uyğunlaşma strategiyalarının bir hissəsidir", - deyə o qeyd edib.

Nümayəndə əlavə edib ki, bu gün COP29 platformasında ilk su bəyannaməsi təqdim ediləcək: "Bu, COP 29 prezidentliyinin İqlim üçün Su Fəaliyyəti təşəbbüsüdür. Bu təşəbbüslə biz İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoquna başlamaq niyyətindəyik".