Son Xəbərlər
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
“Azərbaycanda rəsmi işsizlik 5%-in üzərindədir”. Liderxeber.az xəbər verir ki,
“Mən inanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir”.
Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif
Ötən gün Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv
İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının
Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi
İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, o cümlədən gender
banner

DSMF-nin xərcləri artırılır

21 noy 2024, 11:20
DSMF-nin xərcləri artırılır

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 727 milyon manat (və ya 10,5%) çoxdur.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini Fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir. Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5%) çoxdur.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,1% və ya 5 milyard 997 milyon manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur”, - deyə komitə sədri bildirib.

***

M.Quliyev əlavə edib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq:

“Bu isə 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur. Gəlirlərin 54,3 milyon manatı, yaxud  20,8%-i isə İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatı hesabına olacaqdır.  Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya 156,56 milyon manatı)  qeyri-büdcə sektorunun payına düşəcək.

Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub.

Cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur. Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır”, - deyə komitə sədri bildirib.