Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Sərnişini yolun ortasında düşürdü, qəza oldu

02 dek 2025, 13:16
Sərnişini yolun ortasında düşürdü, qəza oldu

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda magistral yolda baş vermiş daha bir qəzanın görüntülərini yayıb.

Liderxeber.az xəbər verir ki, qurum həmçinin sürücülərə müraciət edib.

“İntensiv hərəkət olan küçə və prospektlərdə yolun hərəkət hissəsində dayanmaq ağır qəzalara səbəb olur. Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayandırılması arxadan gələn avtomobillər üçün ciddi təhlükə yaradır. Belə hallar çox vaxt nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda dayanması və sürücünün zəruri təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş verir. Lakin müşahidələr göstərir ki, bəzi sürücülər məcburi səbəb olmadığı halda da, məsələn, sərnişin mindirib-düşürmək və ya digər şəxsi məqsədlərə görə avtomobili intensiv hərəkətin olduğu hissədə dayandırırlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə isə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsi sərnişin düşürmək məqsədilə yolun hərəkət hissəsində dayanan avtomobillə toqquşub. Qəza siqnalının yandırılması ilə təhlükənin aradan qalxdığını düşünən sürücü çoxzolaqlı yolda sərnişini düşürməklə həm özünü, həm də digər şəxsi təhlükə qarşısında qoyub. Hadisə nəticəsində mərkəz istiqamətində sıxlıq da yaranıb.

Bir daha xatırlatmaq istəyirik ki, bu cür qayda pozuntuları ölüm və xəsarətlə nəticələnən qəzaların qeydə alınmasına və yollarda hərəkətin ləngiməsinə səbəb olur. Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi isə onun həyatını birbaşa təhlükəyə atır”, - müraciətdə vurğulanıb.