Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

28 noy 2025, 12:05
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.

Liderxeber.az xəbər verir ki, tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

Daha sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük işinin təşkilini əyani şəkildə izləyiblər.

Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib.

Eyni zamanda, media nümayəndələri "Terminal 1" gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, "yaşıl kanal", "qırmızı kanal" buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə izləyiblər.