Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları - Mütəxəssis izah edir

25 noy 2025, 15:00
Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları - Mütəxəssis izah edir

"Valideynin soyuqqanlı davranışı çox vaxt uşağın həyatını xilas edir".

Liderxeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini baş həkim Nizami Məmmədov "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində açıqlayıb.

Onun sözlərinə görə, uşaqların aktivliyi və hərəkətliliyi onların inkişafının təbii hissəsidir:

Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları - Mütəxəssis izah edir

"Lakin bu aktivlik bəzən xoşagəlməz nəticələrə - yıxılma, zərbə, yanıq, kəsik və digər travmalara səbəb ola bilər. Belə hallarda valideynlərin və ətrafdakı insanların düzgün və soyuqqanlı davranışı uşağın həyatını qorumaqda həlledici rol oynayır. Ən birinci və vacib qayda təhlükəsizliyin təmin edilməsidir. Hadisə yerində elektrik, yanğın və ya hərəkətdə olan nəqliyyat vasitəsi kimi təhlükə varsa, uşaq həmin ərazidən dərhal uzaqlaşdırılmalıdır. Valideynin təşvişə düşməsi uşağın qorxusunu artırır, ona görə də sakit və nəzarətli davranış göstərmək lazımdır. Əgər uşağın vəziyyəti ağır görünürsə - o huşsuzdur, tənəffüsündə çətinlik, güclü qanaxma və ya açıq sınıq varsa - "103" və ya "112" nömrəsinə dərhal zəng edilməlidir. Hadisə yeri, uşağın yaşı, travmanın tipi və vəziyyəti barədə operatora aydın məlumat verilməlidir".

N.Məmmədov bildirib ki, zərərçəkən uşağa yaxınlaşdıqda ilk olaraq onun şüuru, tənəffüsü və nəbzi yoxlanılmalıdır:

"Uşaq nəfəs almırsa, dərhal süni tənəffüs və ürək masajı aparılmalıdır. Qeyd etmək lazımdır ki, uşaqlarda bu prosedur böyüklərlə müqayisədə daha ehtiyatla - döş qəfəsinin az sıxılması və hava miqdarının az verilməsi ilə aparılmalıdır. Əgər qanaxma müşahidə olunursa, onu dayandırmaq üçün yara üzərinə təmiz parça və ya tənziflə təzyiq tətbiq etmək lazımdır. Qanaxma güclüdürsə, ətraf yuxarı vəziyyətdə saxlanılmalı, turnike yalnız son çarə kimi istifadə edilməlidir. Yaraya krem, yağ və ya toz çəkmək olmaz - sadəcə, sarğı kifayətdir. Sınıq və burxulmalarda zədələnmiş nahiyəni tərpətmək olmaz. Ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi yardımın gəlməsi gözlənilməlidir. Uşaq ağrı və qorxu içindədirsə, onunla sakit səslə danışmaq və psixoloji dəstək vermək çox vacibdir".

Baş həkim qeyd edib ki, yanıq hallarında zədələnmiş hissə 10-15 dəqiqə ərzində axar soyuq su ilə yuyulmalı, qabarcıqlar partladılmamalı, zərərli maddələr (yağ, diş məcunu və s.) tətbiq edilməməlidir:

"Yanıq yerinin təmiz örtüklə bağlanması kifayətdir. Valideynlər bilməlidirlər ki, travmadan sonra uşağın vəziyyəti ilk baxışda yaxşı görünsə belə, mütləq həkim müayinəsi aparılmalıdır. Çünki uşaqlarda daxili qanaxma, beyin silkələnməsi və gizli sınıqlar bəzən dərhal özünü göstərmir. Nəticə etibarilə, uşaqlarda travma zamanı ən vacib addımlar bunlardır: təhlükəsizliyin təmin edilməsi, təcili yardım çağırılması, qanaxmanın qarşısının alınması, uşağın sakitləşdirilməsi və tibbi yardımın gözlənilməsi. Unutmayaq ki, ilk beş dəqiqə çox vaxt uşağın taleyini müəyyən edir".