Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır” - Yenilənib

20 noy 2025, 16:00
“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır” - Yenilənib

Parlamentdə pensiyaya erkən çıxmaq məsələsi müzakirə olunub.

Liderxeber.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.

“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır. 5 və daha çox uşağı olan ananın bu hüquqdan faydalanması ilə bağlı təklif vermək istəyirəm. İndi 5 uşağı olan anaların sayı çox azdır. Ona görə də 3 və daha çox uşağı olan analara şamil edilsə, daha yaxşı olar”, - deputat qeyd edib. 

***

Əli Məsimli əlavə edib ki, pensiya sadəcə sosial-siyasi məsələ deyil: “İlk növbədə pensiya fondunun vəsaitlərinin artırılması istiqamətində olan real mənbələrdən istifadə edilməsinə daha geniş mənada baxılmasını vacib hesab edirəm.

Bu 5.1 milyon məşğul əhalinin yalnız 1,8 milyonu bilavasitə müqavilə ilə işləyir. Yerdə qalan 3.3 milyonun bir hissəsi aqrar sahədə vergidən azad olunub, amma qalan hissələrində bir balaca da fəaliyyət göstərsə, xeyli dərəcədə artımlara nail olub pensiya fonduna 100 milyonlarla əlavə vəsait cəlb edilməsinə nail ola bilərik”.