Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Rusiya əhalisinin tərkibində azərbaycanlıların sayı çoxalıb

07 noy 2025, 16:16
Rusiya əhalisinin tərkibində azərbaycanlıların sayı çoxalıb

Moskvanın və Rusiyanın digər böyük şəhərlərinin əhalisinin tərkibində azərbaycanlıların sayı artıb.

Liderxeber.az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən "Genetika-2025" elmi-praktik konfransında məlumat verilib.

Bildirilib ki, Moskva əhalisinin tərkibində slavyan xalqlarının nisbəti getdikcə azalıb.

Mütəxəssislərin fikrincə, miqrantların aktiv axını paytaxtın genofondunun strukturuna təsir edib və yerli etnik qrupların nümayəndələrinin sayının tədricən azalmasına gətirib çıxarıb.

Oxşar proseslər Rusiyanın bir milyondan çox əhalisi olan digər böyük şəhərlərində də baş verib.

Qeyd olunub ki, Rusiyada əcnəbi miqrantlar daha çox doğum əmsalı nümayiş etdirirlər.

Tədqiqatçılar müxtəlif etnik qruplar arasında doğum əmsalını göstərən xəritə tərtib edərək belə nəticəyə gəliblər ki, ən yüksək göstəricilər Özbəkistan, Azərbaycan və Ermənistandan olan mühacir ailələrdə müşahidə olunur.

Ekspertlər hesab edirlər ki, doğum nisbətlərindəki bu fərqlər son nəticədə Rusiya əhalisinin etnik və dini tərkibinə təsir göstərə bilər.