Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Diabet xəstələri üçün beş milyon manatlıq dərman alınacaq

06 noy 2025, 17:18
Diabet xəstələri üçün beş milyon manatlıq dərman alınacaq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi şəkərli diabetin müalicəsində istifadə olunan dərman vasitələrinin alınması ilə bağlı tenderə yekun vurub.

Liderxeber.az xəbər verir ki, ümumi dəyəri 4 milyon 865 min 118.76 manat olan satınalmanın qalibi "Avromed Company" QSC olub.

Mərkəz şirkətdən inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri satın alacaq.

Alınacaq preparatlar aşağıdakılardır:

"Semaqlutid" 1 mq/doza, 3 ml №1 (şpris qələm, dörd ədəd birdəfəlik iynələr) - 2 700 qutu;

"Semaqlutid" 0.25 mq və 0.5 mq/doza, 1.5 ml №1 (şpris qələm, altı ədəd birdəfəlik iynələr) - 160 qutu;

"İnsulin Deqludek" 100 BV/ml, 3 ml №5 ("Tresiba") - 10 200 qutu;

"Qlimepirid" 4 mq №30 - 120 000 qutu;

"Qlimepirid" 3 mq №30 - 75 000 qutu;

"Qlimepirid" 2 mq №30 - 32 000 qutu.