Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü

01 noy 2025, 12:12
Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü

Zaqatala rayonunda maraqlı hadisə baş verib.

Liderxeber.az xəbər verir ki, “Bolt” tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub.

Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan və Ağdamdan keçmiş məcburi köçkün olan E.Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib.

Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin E.Quliyev taksidən düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala Rayon Polis Şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib.

Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.Quliyev 50 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.