Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Çində təhsil almaq istəyən vətəndaşların Nəzərinə

27 okt 2025, 11:13
Çində təhsil almaq istəyən vətəndaşların Nəzərinə

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).

Liderxeber.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.

Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR universitetləri ilə birbaşa əlaqə saxlamalıdırlar.

Qeyd edilib ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə EATDA və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək.

Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir.