Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır

24 okt 2025, 13:32
Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır

Gələn il üzrə ölkədə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli işçi qüvvəsi kimi hazırlanması məqsədilə təşkil olunacaq peşə hazırlığı və əlavə təhsil tədbirləri üçün proqnozlaşdırılan xərclər 26 milyon manat təşkil edir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb.

Sənədə əsasən 17 500 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb olunması planlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 1 500 nəfər çoxdur.

Bu çərçivədə peşə hazırlığının təşkili üçün 16.7 milyon manat, təqaüdlərin ödənilməsinə 7.9 milyon manat, beynəlxalq sertifikasiya kurslarına 0.5 milyon manat, peşə hazırlığının təbliğatı forumu üçün 0.5 milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının hazırlanması üçün 0.4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.