Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu

14 okt 2025, 13:21
Fəvvarələr meydanında qanunsuz fotoqraflıq edən gənc həbs olundu

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

Liderxeber.az xəbər verir ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.

İctimai asayişi pozan şəxs barəsində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.

Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.