Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi

14 okt 2025, 11:14
Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o, yoldaşının cehizlərini özü maşına yığaraq qayınatasıgilin evinə aparıb. Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edərək atası evinə gedibmiş.

O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də, övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı evi tərk edib. E.Şeydayev isə bu məsələdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qayınanası Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyirmiş.

Qətlin törədildiyi gün isə Elbrus Şeydayev səhər saatlarında qayınanası Püstə ilə qayınatası Əlağanın işə getdiklərini bilərək onları izləyib. O, Əngəxərnan kəndində yol kənarında onlara hücum edib. Əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov avtomobilin təkəri altında qalaraq həlak olub, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.

Şamaxı Rayon Prokurorluğunda açılmış cinayət işinin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Elbrus Şeydayevə 20 il həbs cəzası verilib.