Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Birinci sinfə qəbula üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron proses yenidən aktivləşdirilib

08 okt 2025, 14:16
Birinci sinfə qəbula üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron proses yenidən aktivləşdirilib

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə qəbula üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron proses yenidən aktivləşdirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.