Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Gecə saatlarında 2 nəfər bıçaqlandı - Yenilənib

02 okt 2025, 09:55
Gecə saatlarında 2 nəfər bıçaqlandı - Yenilənib

Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü E.Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.

***

Oxşar hadisə oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində baş verib.

17 yaşlı Ə.Şəfiyev münaqişə zəminində həmyaşıdı S.Bağırova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.