Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı

01 okt 2025, 10:02
Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı

Yeniyetmə yaşlarında ataları siqaret çəkməyə başlayan insanların gözlənildiyindən daha tez qocaldıqları məlum olub.

Liderxeber.az xəbər verir ki, bu nəticəyə Norveçin Bergen Universitetinin alimləri gəliblər.

Təxminən 900 nəfərin iştirak etdiyi təhlil göstərib ki, ataları 15 və ya daha gənc yaşda siqaret çəkməyə başlayan insanların bioloji yaşları faktiki yaşlarından orta hesabla 9-15 ay daha irəlidədir. Bu nəticə xərçəng, artrit və demensiya da daxil olmaqla yaşla bağlı xəstəliklərin riski ilə əlaqələndirilən, DNT-dəki dəyişiklikləri ölçən "epigenetik saat" metodu ilə müəyyən edilib.

Alimlərin fikrincə, yetkinlik dövründə siqaret çəkmək inkişaf edən spermatozoidlərə zərər verir və bu dəyişikliklər gələcək nəsillərə ötürülür. Maraqlıdır ki, ananın hamiləlikdən əvvəl siqaret çəkməsi zamanı belə təsir müşahidə olunmayıb.

Tədqiqatçılar vurğulayırlar ki, yeniyetmələrin siqaret və ya veyp istifadəsi yalnız onların öz sağlamlıqlarına deyil, həm də gələcək övladlarının sağlamlığına mənfi təsir göstərə bilər.