Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Ən faydalı payız tərəvəzləri

23 sen 2025, 10:33
Ən faydalı payız tərəvəzləri

İsti yay günlərini geridə qoyduq. Qarşıdan gələn payız fəslinin özünə xas meyvə və tərəvəzləri var.

Liderxeber.az bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edir.

Kərəviz özünə xas ətri və dadı ilə az kalorili qidalar arasında birincidir. K vitamini ilə zəngindir. Pəhriz saxlayanların sevimlisi olan kərəvizin 100 qramı sadəcə 16 kaloridir.

Kələm yaşlanmanı əngəlləyəcək mineral olaraq qəbul edilən seleniumla zəngindir. Dəriyə gözəllik verir. Mədə və qida borusu xərçəngi riskini azaldır. Kələmdə olan U vitamini mədə və bağırsaqların iç toxumasını qoruyur və oralardakı yaraların sağalmasına kömək edir.

Qara kələm kalsium, dəmir, potasium, C vitamini baxımından zəngindir. Kükürd tərkiblidir. Çiy yemək, ya sıxaraq suyunu içmək daha faydalı olar. Qan azlığını yox edir, sidik qovucudur. Mədə və bağırsaq yaralarını yumşaldır. Qandakı şəkər miqdarını aşağı salır. Bədəni xəstəliklər və xərçəngə qarşı qoruyur. Sarılıq, öd kisəsi xəstəliklərinə çox faydalıdır. Astma, revmatizmə qarşı faydalı olub,  səs qısıqlığını yox edir, iştahanı açır.

Balqabaq. 100 qr balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynadılmış balqabağın tərkibindəki karoten maddəsi təsirli antioksidandır. Potasiumla zəngindir.

Kök A, B1, B2 vitaminləri və lif qaynağıdır. Enerji verir. Qaraciyərin öd ifrazı və xolesterolu nizamlamasına kömək edir. Su tərkibi bol olduğu üçün şəkər xəstələri rahatlıqla yeyə bilər. Mədə və bağırsaq narahatlıqlarına müsbət təsir edir. Bişirildikdən sonra içindəki maddələr çox qısa bir müddətdə toksik maddələrə çevrilə bildiyi üçün dərhal yeyilməlidir.

Təzə lobyanın kalorisi olduqca azdır. Çiy halda 10 qramı 31 kalori tərkiblidir. Doymuş yağlar yoxdur. Vitamin, mineral, mikro qida elementləri ilə zəngindir. Göz sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var.

Lobya xoranı əngəlləyir, həzm sistemindəki asiti neytrallaşdırır. Stress və depresiyyanı azaldarkən sinir sistemini də qorumağa kömək edir.

Kəvər bol miqdarda C, K, B vitaminləri, potasium, kalsium, silisium, manqan, kükürd  yod, dəmirlə zəngindir və qida dəyəri yüksəkdir. Bədənə qüvvət verir. Qanı artırır. Həzm sistemi üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Sinirləri qüvvətləndirir. Böyrək, bağırsaq və mədəni işlədir, gücləndirir.

Qarğıdalı vitamin qaynağıdır. B1, B5, B3 vitaminilə, lif, fosfor, maqnezium, fol turşusu ilə son dərəcə zəngindir.

Qırmızı bibər maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır. İfraz etdiyi histamin sayəsində baş dərisində keçəlləşmiş bölgələrdə tüklərin yenidən çıxmasına kömək edir.

İspanaq dəmir, proteinlə zəngindir. Təzyiqi aşağı salır, qan laxtalanmasını yox edir. Betakaroten tərkibli olduğu üçün yaşla birgə ortaya çıxan göz xəstəliklərinə qarşı faydalı olur. Mədə xərçənginin qarşısını alır və immunitet sistemini gücləndirir.