Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Mədə xərçənginin bilinməyən əlamətləri: Qastrit və ya yorğunluqla qarışıq salına bilər

17 sen 2025, 10:04
Mədə xərçənginin bilinməyən əlamətləri: Qastrit və ya yorğunluqla qarışıq salına bilər

"Uzun müddət davam edən səsin batması (xırıltı) və ya öskürək mədə xərçənginin qeyri-tipik əlamətləri ola bilər. Bu hal şişin qırtlaq sinirini sıxdığı və ya metastaz verdiyi zaman baş verir".

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Krasnoqorsk xəstəxanasının həkimi, rusiyalı onkoloq, Ambulator Onkoloji Yardım Mərkəzinin rəhbəri Basir Bammatov NEWS.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, simptomlar arasında subfebril temperatur (səbəbsiz 37-37,5 dərəcə hərarət) və dad qavrayışının dəyişməsi kimi hallar da ola bilər.

"Əgər sizdə uzun müddət davam edən səbəbsiz hərarət, tüpürcək ifrazının artması və ya dadın dəyişməsi kimi şikayətlər varsa, həkimə müraciət edin. Ola bilsin ki, bu, mədə xərçəngi ilə bağlıdır. Şiş qırtlaq sinirini sıxdıqda və ya metastaz verdikdə xəstəlik uzunmüddətli səs batması və öskürəklə özünü göstərə bilər", - deyə həkim bildirib.

Onkoloq əlavə edib ki, mədə xərçənginin ilkin əlamətləri çox vaxt qeyri-spesifik olur və asanlıqla qastrit və ya sadəcə yorğunluqla qarışıq salına bilər. İştahanın azalması və ya tamamilə itməsi, az miqdarda yeməkdən sonra belə ağırlıq hissi və ürəkbulanma bu əlamətlər sırasına daxildir.

Xəstəliyin daha sonrakı mərhələlərində isə qarnın yuxarı hissəsində ağrılar, qəbizlik və ishalın bir-birini əvəz etməsi, qanlı qusma kimi hallar müşahidə oluna bilər.