Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

"Xalq Bank" nizamnamə kapitalını artırdı

11 sen 2025, 15:20
"Xalq Bank" nizamnamə kapitalını artırdı

Ölkənin aparıcı banklarından olan "Xalq Bank" ASC nizamnamə kapitalını 31 002 762 manat artıraraq 446 599 506 manata çatdırdı.

Qeyd edək ki, kapital artımı bankın nominal səhmlərinin dəyərinin 114.48 manatdan 123.02 manata artırılması hesabına baş tutub.

Nizamnamə kapitalının artırılması bankın dayanıqlı inkişafını təmin etmək və risk idarəetmə siyasətinin effektivliyini gücləndirməklə yanaşı, həmçinin, bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nail olunmasında dəstək olaraq əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək.

Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və regionun dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından olan "Xalq Bank" son rübün göstəricilərinə əsasən, hazırda 3.4 mlrd aktiv, 1.9 mlrd manat kredit portfeli və 2.4 mlrd manat depozit portfeli ilə ölkənin ən böyük özəl banklarından biridir. "Xalq Bank" müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Bank müxtəlif rəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul və xidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsini yüksəltmək istiqamətində çalışır.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.