Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

FMG şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib - Fotolar

10 sen 2025, 09:52
FMG şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib - Fotolar

Yeni tədris ili münasibətilə Facility Management Group (FMG) şirkətinin kollektivi Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinfə gedən övladları və onların ailələri ilə görüş keçirib. 

Liderxeber.az xəbər verir ki, görüş zamanı 30-a yaxın şagirdə çantalar və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

Bundan əlavə, uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər. Şəhid və qazi övladları onlara təqdim edilən hədiyyələri sevinclə qarşılayıblar.

Qeyd edək ki, Facility Management Group (FMG) şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri və qazilərə dəstək göstərilməsi xüsusi önəm daşıyır.

Xatırladaq ki, Facility Management Group (FMG) artıq səkkiz ildir ki, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakın idarə olunması sahəsində ölkənin aparıcı şirkətlərindən biri hesab olunur.