Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Hava limanında çalışan taksilərin aqibəti NECƏ OLACAQ?

09 sen 2025, 18:08
Hava limanında çalışan taksilərin aqibəti NECƏ OLACAQ?

Yayılan məlumatlara görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında bəzi taksi şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulacaq.

Həmçinin hava limanında əlavə tədbirlərin icra olunacağı iddia edilir.

Bəs görəsən, reallıq nə yerdədir?

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aeroportun əsas məqsədlərindən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir.

Qeyd olunub ki, bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır:

"Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq".

Məlumatda vurğulanıb ki, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır:

"Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib:

"Taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir.

Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb.

Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıblar".

Məsələ ilə bağlı məlumat almaq üçün taksi operatorlarından "Uber" və "Bolt"a da sorğu ünvanladıq.

"Uber" daşıyıcı şirkətindən bildirildi ki, bu sorğuya hələ ki rəsmi cavab yoxdur:

"Bizə bir az vaxt lazımdır".

"Bolt" taksi xidmətindən isə bildirildi ki, məsələ ilə bağlı sabah açıqlama veriləcək.