Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Təhsil idarəsindən qəzalı vəziyyətdə olan məktəblər haqqında AÇIQLAMA

08 sen 2025, 15:00
Təhsil idarəsindən qəzalı vəziyyətdə olan məktəblər haqqında AÇIQLAMA

500 nəfərdən çox şagirdin təhsil aldığı Vladimirovka kənd məktəbi və Quba rayonunun Aşağı Xuc kəndindəki məktəbi qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Liderxeber.az xəbər verir ki, məktəblərin vəziyyəti ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdən biridir.

"Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 5 modul tipli məktəb istifadəyə verilib.

7 məktəb binası isə sökülərək yenidən tikilib. Hazırda Quba rayonu, Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb, Qusar rayonu, Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb, Cibir rayonu üçün 264 şagird yerlik məktəb və Şabran rayonu, Ağalıq kəndində 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi davam edir.

Bildiririk ki, Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbi və Quba rayonu Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir", - deyə məlumatda qeyd edilir.