Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın həbs edildi

04 sen 2025, 12:30
14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın həbs edildi

Bakıda 14 yaşlı bacısı oğluna işgəncə verib xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova həbs edilib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Sabunçu Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində hər iki valideynini itirən 14 yaşlı oğlanın xalasının himayəsində işgəncələrə məruz qalması barədə sosial şəbəkələrdə paylaşım edilmişdi.

Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırmalara başlanılmışdı. Fakta görə Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb və G.Novruzova saxlanılıb.