Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Azərbaycanda neçə nəfər pensiyaçı var?

15 avq 2025, 16:22
Azərbaycanda neçə nəfər pensiyaçı var?

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103 min 300 nəfər pensiyaçı qeydiyyatda olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64.6 faizi yaşa, 23 faizi əlilliyə, 12.4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların ortaaylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8.4 faiz artaraq 538.1 manat təşkil edib və ortaaylıq əməkhaqqının 49 faizinə bərabər olub.

Qeyd edilib ki, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9.5 faiz artırılaraq 3 milyard 628 milyon 100 min manata çatdırılıb. Sərf olunmuş vəsaitin 97.8 faizini pensiya xərcləri təşkil edib.