Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Naxçıvandakı qəza ölən şəxslərdən biri nazirlik əməkdaşı imiş

15 avq 2025, 09:41
Naxçıvandakı qəza ölən şəxslərdən biri nazirlik əməkdaşı imiş

Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.

Liderxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı idi.

Qeyd edək ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Mərdan oğlu Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.