Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş - Foto

04 avq 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş - Foto

Dünən Gədəbəy rayonunun Şahdağ kəndində “Kia” markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim imiş.

Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.

Qəzada həyatını itirən 34 yaşlı Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü  Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır