Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Özəl xəstəxanalara nəzarət NECƏ aparılır?

31 iyl 2025, 15:16
Özəl xəstəxanalara nəzarət NECƏ aparılır?

Son zamanlar özəl xəstəxanalarla bağlı vətəndaş şikayətlərinin artması müşahidə olunur.

Sosial şəbəkələrdə və mediada bu tibb müəssisələrində xidmət səviyyəsi, yüksək qiymətlər və şəffaf olmayan tibbi prosedurlar əsas narazılıq mövzusudur.

Bəs bu sahədə nəzarət necə həyata keçirilir? Özəl xəstəxanalarda mütəmadi monitorinqlər aparılırmı? Ən çox rastgəlinən nöqsanlar hansılardır? Klinikaların təyin etdiyi qiymətlər hansı əsaslarla formalaşır?

Liderxeber.az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, özəl klinikalarda monitorinq və nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna əsasən, planlı və plandankənar şəkildə həyata keçirilir.

Məlumatda bildirilib ki, xüsusilə insan həyatına və sağlamlığına ciddi təhlükə yarada biləcək hallar aşkarlandıqda, bu barədə vətəndaş müraciətləri və ya mediada yayımlanan məlumatlar təsdiqləndikdə plandankənar yoxlamalar təşkil edilir:

"Təkcə 2025-ci ilin ilk altı ayı ərzində ölkə üzrə ümumilikdə 172 tibb müəssisəsində yoxlamalar aparılıb. Bunlardan 111-i planlı, 61-i isə plandankənar olub. Planlı yoxlamalar zamanı 49 müəssisədə, plandankənar yoxlamalar zamanı isə 20 müəssisədə nöqsanlar aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokollar tərtib edilərək aidiyyəti instansiyalara təqdim edilib".

Açıqlamada bildirilib ki, ən çox rastgəlinən nöqsanlar bunlardır:

1. Lisenziyasız tibbi fəaliyyət göstərilməsi;

2. Sertifikatsız şəxslər tərəfindən tibbi xidmətin göstərilməsi;

3. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin istifadəsi;

4. İxtisası və sertifikatı olmayan şəxslərin tibbi proseslərə cəlb edilməsi;

5. Tibbi sənədləşmənin və qeydiyyatın aparılmaması;

6. Tibb mütəxəssislərinin rəsmi əmək müqaviləsi olmadan işlədilməsi;

7. Mütəxəssislərin ixtisaslarına uyğun vəzifələrə təyin olunmaması.

Tibbi xidmətlərin qiymətinə gəlincə, "Özəl tibb fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinə əsasən, bu tariflər vətəndaşla klinika arasında bağlanmış müqavilə əsasında razılaşdırılır və həmin müqavilənin şərtləri ilə tənzimlənir.

AEM vətəndaşlara tövsiyə edir ki, əgər hər hansı özəl tibb müəssisəsində qanunsuz fəaliyyət və ya şübhəli hallarla qarşılaşsalar, bu barədə quruma aşağıdakı vasitələrlə məlumat versinlər:

• "Bir pəncərə" sektoru;

• Qaynar xətt: (012) 596-05-20;

• E-mail: [email protected];

• Rəsmi sayt: www.pharma.az ("Müraciət" bölməsi)