Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qızmar Günəş altında: Bakı sakinləri isti ilə necə mübarizə aparırlar?

25 iyl 2025, 15:50
Qızmar Günəş altında: Bakı sakinləri isti ilə necə mübarizə aparırlar?

Bakıda artıq on gündən çoxdur, havanın temperaturu 38-40 dərəcə Selsi civarındadır.

Qızmar asfaltdan qalxan buxar, yaşıllıqları üstələyən mərmər və betonun istisi, bir sıra sərnişin avtobuslarının kondisionersiz işləməsi nəfəs kəsir desək, yanılmarıq.

Bəs Bakı sakinləri bu istidən özlərini necə qoruyurlar? İsti havada necə sərinləməli?

Liderxeber.az-ın əməkdaşı bununla bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Suallarımızı cavablandıran sakinlərin çox hissəsi ancaq kondisionerin köməyi ilə sərinləndiyini deyib.

Respondentlər arasında isti havaya məhz isti ilə qarşılıq verərək çayla sərinlədiklərini deyənlər də az olmayıb.

Məsələ ilə bağlı pediatr-infeksionist Aytən Ziyadovanın da fikrini öyrəndik.

Həkim Liderxeber.az-a açıqlamasında isti havanın mənfi təsirlərindən söz açdı, günvurma halları və ondan qorunmağın yollarından danışdı.

Ətraflı videomaterialı təqdim edirik: