Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Sənədsiz evlərin sakinlərinə şad xəbər - Mülkiyyət hüququna yiyələnmək mümkündür

23 iyl 2025, 13:39
Sənədsiz evlərin sakinlərinə şad xəbər - Mülkiyyət hüququna yiyələnmək mümkündür

100 minə yaxın vətəndaş mülkiyyət hüququna yiyələnəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib.

O bildirib ki, fərmana edilən əlavə və son düzəliş 100 minə yaxın vətəndaşa əmlak üzərində hüquqların qeydiyyata alınmasına imkan verəcək:

"Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi əmlak inzibatçılığı, əmlak hüquqlarının qeydiyyatı sahəsində çox saylı islahatlar həyata keçirilir. Bu islahatların davamı olaraq iyul ayında önəmli fərman layihəsi imzalanıb. Fərman layihəsi 2015-ci ildə imzalanmış 439 nömrəli fərmana düzəlişləri nəzərdə tutur.

Müxtəlif dövrlərdə ayrı-ayrı dövlət və qeyri-dövlət orqanları tərəfindən vətəndaşlara çoxsaylı mülkiyyətə və istifadəyə verilməsi nəzərdə tutulan sənədlər mövcud idi. Lakin bu sənədlərin əsasında əmlak hüquqlarının rəsmiləşdirilməsi mülkiyyət hüquqlarının alınması mümkün deyildi. Bu baxımdan 439 nömrəli fərman özündə çox önəmli sənəd idi.

Fərman nəticəsində yüzminlərlə vətəndaş öz əmlaklarına - fərdi yaşayış evlərinə, torpaq sahələrinə mülkiyyət sənədlərini əldə etmək imkanı qazanır".

Onun sözlərinə görə, burada bir məsələni vurğulamaq lazımdır ki, həm 439 nömrəli fərmanın, həm də yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.