Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Bakı və ətraf ərazilərdə "səhra rejimi": "Abonentlərdən sudan səmərəli istifadə etmək xahiş olunur"

22 iyl 2025, 14:18
Bakı və ətraf ərazilərdə "səhra rejimi": "Abonentlərdən sudan səmərəli istifadə etmək xahiş olunur"

Son günlər Bakı şəhəri və Bakıətrafı ərazilərdə su təchizatında problemlər müşahidə olunur. 

Liderxeber.az-ın redaksiyasına müraciət edən vətəndaşlar müxtəlif ünvanlarda içməli suyun verilməsində fasilələrin yarandığını bildirirlər.

Sakinlərin sözlərinə görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su dörd gündən bir verilir. Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 18 ünvanında isə günorta saatlarında ümumiyyətlə su verilmir.

Mövzu ilə bağlı Liderxeber.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Bakı və Bakıətrafı ərazilərdə suyun verilməsində yaranan fasilələr müxtəlif səbəblərlə bağlıdır:

"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbii haldır. Bu səbəbdən, mövcud su qurğuları və daşıyıcı kəmərlərin ifrat yüklənməsinin qarşısını almaq və qəza risklərini minimuma endirmək üçün müəyyən tənzimləmə işləri aparılır".

Açıqlamada qeyd edilib ki, tənzimləmə tədbirləri, əsasən, fərdi yaşayış üçün nəzərdə tutulmayan, Bakıətrafı yüksəkliklərdə yerləşən və pərakəndə şəkildə salınmış yaşayış massivlərinə təsir göstərir:

"Eyni zamanda, əsas magistral su kəmərlərinin mühafizə zolağında yerləşən tikililər suyun paylanmasında və rejimlərin tənzimlənməsində əlavə problemlər yaradır".

Qurumdan verilən məlumata görə, bütün bu çətinliklərə baxmayaraq, su təchizatının yaxşılaşdırılması istiqamətində intensiv və sistemli tədbirlər həyata keçirilir:

"Havaların həddindən artıq isti keçməsi səbəbindən fasiləsiz və qrafik rejimlə su verilən bəzi ərazilərdə də su təminatı rejiminin dəyişdirilməsinə ehtiyac yaranıb. Hazırda yay mövsümünün tələbatına uyğun olaraq, Bakı şəhərinə gündəlik normadan təxminən 0.3 milyon kubmetr artıq su verilir. Bununla belə, normativə uyğun olmayan tikililər və xətlərin tənzimlənməsinə maneə yaradan yaşayış sahələri suyun fasiləsiz təminatında ciddi problemlər yaradır.

Məsələnin həlli üçün Ceyranbatan, Oğuz-Qəbələ-Bakı və Kür sutəmizləyici qurğularında suyun istehsal gücünün artırılması, eyni zamanda, yeni magistral kəmərlərin və paylayıcı şəbəkələrin tikintisi üzrə layihələrin icrası davam etdirilir".

"İsti hava şəraitində mövcud problemlərin təsirinin minimuma endirilməsi məqsədilə abonentlərdən sudan daha da səmərəli istifadə etmək xahiş olunur", - deyə məlumatda qeyd edilib.