Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Bakının mərkəzində tarixi bina sökülür: Rəsmi qurumlardan ziddiyyətli AÇIQLAMA

21 iyl 2025, 17:33
Bakının mərkəzində tarixi bina sökülür: Rəsmi qurumlardan ziddiyyətli AÇIQLAMA

Bakının mərkəzində yerləşən, 1896-cı ildə tikilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan bina sökülür. Söhbət Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən yaşayış binasından gedir.

Liderxeber.az-xəbər verir ki, sakinlər bildirirlər ki, söküntü işləri bir neçə ay əvvəl başlayıb və bu proses onlarda ciddi narahatlıq yaradır.

Sakin Günay Kazımovanın sözlərinə görə, bu ilin aprelində binanın giriş hissəsinə müdaxilə edilib.

O bildirib ki, ərazidə söküntü işləri Səbail Rayon İcra Hakimiyyətinin göstərişi və kommunal idarənin müdiri Yadigar Əsgərovun rəhbərliyi ilə aparılır:

"Bu proses zamanı binanın domofonu və giriş qapısı sındırılıb. Biz onlara açar düymə təklif etdik ki, gün ərzində qapı açıq qalsın, axşam bağlansın. Çünki ərazi təhlükəlidir, tez-tez oğurluq hadisələri baş verir. Amma razılaşmadılar. Biz dəfələrlə qapını bərpa etsək də, yenə sındırırlar. İki mənzilə daxil olub, onların da qapı və pəncərələrini dağıdıblar. İndi dam hissəsinə keçiblər, ora da yararsız hala düşüb. Bu isə bizim mənzillərə də zərər vurur".