Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Xaricdə təhsil alanlara xəbərdarlıq!

21 iyl 2025, 16:16
Xaricdə təhsil alanlara xəbərdarlıq!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.

Bu barədə Liderxeber.az-a Agentliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır.

Qurum ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamları Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşdığını açıqlayıb. Əlavə edib ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmaq tövsiyə olunur.

Məlumatda o da qeyd olunub ki, xarici ölkələrdə təhsil alan müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir: “Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə “asan üsullarla” qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq. TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik”.