Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Abituriyent hazırlığında yeni era: “Onrepetitor” - Azərbaycanda ilk

21 iyl 2025, 13:20
Abituriyent hazırlığında yeni era: “Onrepetitor” - Azərbaycanda ilk

Abituriyent və məktəblilər üçün nəzərdə tutulmuş yeni onlayn hazırlıq platforması – “Onrepetitor” fəaliyyətə başlayıb.

Liderxeber.az xəbər verir ki, platforma ali məktəblərə qəbul və buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün vahid tədris mühiti yaradır.

Dərslər 15 avqustdan sonra peşəkar müəllimlər tərəfindən həftəlik canlı və interaktiv şəkildə onlayn formatda, “Zoom” üzərindən keçiriləcək. Dərslər peşəkar müəllimlər tərəfindən keçiriləcək və video yazılar platformaya yerləşdiriləcək ki, şagirdlər onları sonradan yenidən izləyə bilsinlər. Qəbul imtahanına hazırlaşan abituriyentlər, buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdləri, həmçinin biliklərini təkmilləşdirmək istəyən hər kəs platformamızdan yararlana bilər. Abituriyent hazırlığı üçün lazım olan bütün imkanlar artıq tək bir platformada birləşib.

Platformanın təsisçisi Rəsan Mehrəliyevin verdiyi məlumata görə, Onrepetitor ənənəvi hazırlıq kurslarından əsasən funksionallığı və əhatəliliyi ilə fərqlənir: “Platformada canlı dərslərlə yanaşı, video izahlar, qəbul proqramına uyğun test bankı, video həllər, aylıq sınaqlar və motivasiya dəstəyi də təqdim olunur. Valideynlər övladlarının nəticələrini izləyə və günlük statistik məlumatlarla tanış ola bilirlər. Bizim video dərslərimiz ali məktəblərə hazırlıq proqramının tamamını və əhatəli şəkildə təşkil edir. Şagirdlər mövzuları addım-addım mənimsəyir. Üstəlik bu video dərslər şagirdlərimizə sistemli şəkildə təqdim olunur. Yəni şagirdlər hansı gün hansı mövzunu izləməli olduqlarını bilirlər”.

Mehrəliyev qeyd edib ki, “Onrepetitor”da 30.000-dən çox test sualı yer alıb və onlar tam şəkildə Dövlət İmtahan Mərkəzinin proqramına uyğun hazırlanıb.

Platformada hər bir şagirdə fərdi məsləhətçi müəllim (coach) təyin olunur. Bu müəllimlər şagirdin zəif və güclü tərəflərini analiz edir, nəticələri izləyir və ona düzgün təhsil strategiyası təklif edirlər. Beləliklə, hər bir abituriyentin yanında onu anlayan və daim dəstək olan bir peşəkar olur: “Qiymət baxımından platforma daha sərfəlidir. Ənənəvi hazırlıqla müqayisədə 70%-ə qədər qənaət etmək mümkündür. Hissəvi ödəniş imkanı da mövcuddur”.

Onrepetitor komandası əsas məqsədlərinin təhsildə bərabər imkanlar yaratmaq olduğunu bildirir: “Bizim missiyamız və istəyimiz ondan ibarətdir ki, keyfiyyətli təhsil hər kəs üçün əlçatan olsun. Artıq yalnız Bakıda deyil, ölkənin bütün bölgələrində şagirdlər keyfiyyətli təhsilə çıxış əldə edə biləcəklər. Bu bizim üçün böyük motivasiya və məsuliyyətdir”.

R.Mehrəliyev sonda bildirib ki, Təhsil Nazirliyi, KOBİA, ASAN İnnovasiya və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin startaplara və rəqəmsal təşəbbüslərə verdiyi dəstək, təhsildə rəqəmsallaşmanı dövlət strategiyasına çevirərək beynəlxalq səviyyəli innovativ modellərin ölkəmizdə formalaşmasına şərait yaradır.

Əlaqə:
Zəng və vatsap: +994772282201
Sayt: onrepetitor.az
İnstaqram : @onrepetitor

Videonu yutubda izləmək üçün link