Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Yayda siqaret çəkmək infarkta səbəb ola bilər - Mütəxəssisdən xəbərdarlıq

18 iyl 2025, 10:12
Yayda siqaret çəkmək infarkta səbəb ola bilər - Mütəxəssisdən xəbərdarlıq

Yay mövsümündə siqaretin zərərləri daha da qabarıq şəkildə özünü göstərir.

Nikotinin orqanizmə təsiri ilə yanaşı, yüksək temperatur da ürək-damar sisteminə düşən yükü artıraraq ciddi fəsadlara səbəb ola bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "İzvestiya"ya ümumi praktika həkimi və qastroenteroloq Şota Kalandiya məlumat verib.

Onun sözlərinə görə, isti havada siqaret çəkmək damarların daralmasını artırır, nəbzin sürətlənməsinə və təzyiqin qalxmasına səbəb olur. Bu da hipertoniya, insult və infarkt kimi xəstəliklərin riskini yüksəldir.

"İsti hava şəraitində orqanizm onsuz da stres altındadır. Siqaret isə qanın qatılığını artırır, trombositlərin səviyyəsini yüksəldir. Bu da tromblaşma riskini artırır. Xüsusilə də insan kifayət qədər su qəbul etmirsə", - deyə həkim xəbərdarlıq edib.

Mütəxəssis əlavə edib ki, siqaret həmçinin qanın oksigenlə zənginləşməsini zəiflədir, bu isə orqanizmin ümumi tonusuna mənfi təsir göstərir. İsti havalarda bu vəziyyət yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və ümumi halsızlıqla müşayiət oluna bilər.

"Onsuz da hava çatışmazlığı yaşanarkən siqaret çəkmək toxumaların oksigenlə təminatını daha da zəiflədir. Nəticədə qan dövranı pozulur, maddələr mübadiləsi ləngiyir və iş qabiliyyəti aşağı düşür", - deyə Kalandiya bildirib.

Sonda həkim vətəndaşlara isti havalarda sağlamlıqlarına xüsusi diqqət yetirməyi və ən azı havanın temperaturu yüksək olan günlərdə siqaretdən imtina etməyi tövsiyə edib.