Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Goranboyda AĞIR QƏZA: Nənə və nəvə ÖLDÜ, yaralılar var

17 iyl 2025, 14:56
Goranboyda AĞIR QƏZA: Nənə və nəvə ÖLDÜ, yaralılar var

Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların adları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı iki nəfər hadisə yerində həyatını itirib, üç nəfər xəstəxanaya çatdırılıb.

"Avtomobili idarə edən 1999-cu il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədova olub. Hadisə nəticəsində sərnişin qismində avtomobildə olan sürücünün anası, 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və sürücünün qızı, 2018-ci il təvəllüdlü Məmmədli Firuzə Samir qızı hadisə yerində həlak olublar.

Sürücünün özü və digər iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2012-ci il təvəllüdlü Alxan Samir oğlu Məmmədli xəstəxanaya çatdırılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bir ailənin faciəsi ilə bitən sözügedən yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağı, yolda müəyyən olunmuş sürət həddini aşmamağı, kəskin manevrlər etməməyi, avtomobil idarə edərkən diqqəti yayındıran söhbətlərdən, davranışlardan çəkinməyi xahiş edir.

Unutmayaq ki, sükan arxasında ani diqqətsizlik bir ömür boyu bərpası mümkün olmayan itkilərə yol aça bilər", - deyə məlumatda bildirilir.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Liderxeber.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd edilib ki, hadisə bu gün saat 11:50-də Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 39-cu kilometrliyində qeydə alınıb.

"Xanım sürücünün idarə etdiyi 77-HD-580 dövlət qeydiyyat nişanlı "Hyundai Santa Fe" markalı nəqliyyat vasitəsi Gəncə istiqamətində hərəkətdə olarkən aşıb. Avtomobildə dörd sərnişin olub. Hazırda sürücünün, eyni zamanda ölənlər və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə məlumatda bildirilir.