Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto

09 iyl 2025, 13:25
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto

Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib. 

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb. 

Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib: “Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.  

İddialarla əlaqədar “Mado” ilə əlaqə saxlasaq da, sorğumuza yalnız yazılı şəkildə cavab verə biləcəklərini dedilər. Yazılı müraciətimizə isə hələ də cavab ala bilməmişik.

Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?

Bu suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır. 

Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.