Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edildi

09 iyl 2025, 09:07
Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edildi

SİMA-nın biometriya texnologiyası müəllimlərin sertifikatlaşdırılması imtahanlarında tətbiq edilib.

Liderxeber.az xəbər verir ki, 19-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirakçıların şəxsiyyətinin dəqiqliklə müəyyən olunması məqsədilə SİMA-nın KYC (Müştərini Tanı) rəqəmsal həllindən istifadə olunub.

Belə ki, imtahana gələn müəllimlərin kimliyinin yoxlanılması prosesi SİMA-nın üztanıma texnologiyası əsasında həyata keçirilib. Bu yanaşma prosesin daha çevik və şəffaf formada idarə edilməsinə imkan yaradıb.

İmtahana qatılan 23 434 nəfərdən təxminən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub və ümumilikdə proses uğurla yekunlaşıb. SİMA-nın KYC texnologiyası imtahan prosesində təhlükəsizlik və şəffaflığı təmin etməklə yanaşı, rəqəmsal həllərin təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini nümayiş etdirib.

“SİMA KYC” haqqında

“SİMA KYC” real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılmış bu həlli 20-dən çox qurum öz xidmətlərində tətbiq edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Ətraflı məlumat üçün:

- 157 Çağırı Mərkəzi

- sima.az