Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər

08 iyl 2025, 10:11
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir: “Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur. 

Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər”.