Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qanvermə aksiyası davam edir - Nazirlik məlumat yaydı

05 iyl 2025, 10:39
Qanvermə aksiyası davam edir - Nazirlik məlumat yaydı

Azərbaycanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyası davam edir.

Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Liderxeber.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162.9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 8:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

"Bu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub".

Liderxeber.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunda təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il qanvermə aksiyası keçirilən ibadət evləri sırasına Şuşa və Ağdam məscidləri də əlavə edilib:

"Ümumiyyətlə, Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb. Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də qanvermə aksiyası təşkil olunur.

Şuşa və Ağdam məscidlərinin də siyahıya əlavə olunması həm qürurverici haldır, həm də simvolik məna daşıyır", - deyə G.İsmayılov bildirib.

Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.

Liderxeber.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Qanvermə aksiyasında iştirak etmək istəyən vətəndaşlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutuna və respublika ərazisində fəaliyyət göstərən ibadət evlərinə üz tutublar.

Qeyd edək ki, aksiyaya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.