Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 iyl 2025, 17:21
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətlə yetirməsinin təfərrüatı məlum olub.

Liderxeber.az xəbər verir ki, mərhum Kifayət Lətifovanın qohumu Ceyhun Mustafayev Baku TV-yə açıqlamasında bildirib ki, qətl törədilərkən evdə yeniyetmə ilə anasından başqa heç kim olmayıb.

“Uşağın dediyinə görə, oyun oynamaq üçün anasından telefon istəyib, vermədiyi üçün də onu bıçaqlayıb. Hadisəni biləndə hamımız şoka düşdük. Belə hərəkət edəcək uşaq deyildi”, - deyə o söyləyib.

Mərhumun bacısı Mehparə Məlikova isə hadisə barədə belə deyib: “Bacım evində özünə cəllad saxlayıb. Oğlu onu çox sevirdi. Bizə gələndə anası olmadan yatmırdı. İki dəfə əməliyyat etdirib. Uşağın bir az problemi var idi”.

Qeyd edək ki, 15 yaşlı yeniyetmə bu il 9-cu sinifi bitirib. O, anası K. Lətifovanı qətlə yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.