Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Behi necə geri almaq və ya qaytarmaq olar?

27 iyn 2025, 12:52
Behi necə geri almaq və ya qaytarmaq olar?

Məhsulların alqı-satqısında və xidmətlərin göstərilməsində behdən geniş istifadə olunur.

Belə ki, beh bir növ tərəfləri üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, beh ödənilsə də, tərəflərdən biri öhdəliyi icra etmir.

Hüquqşünas Hikmət Əliyev deyir ki, bu halda vəziyyət öhdəliyin kim tərəfindən pozulmasından asılı olaraq dəyişir. Bir şərtlə ki, beh haqqında yazılı razılaşma olsun.

"Alıcı müqavilədən əsassız imtina edərsə, beh satıcıda qalır. Satıcı müqaviləyə əməl etməzsə, behi ikiqat qaytarmalıdır. Müqavilə şərtlərinə əməl olunduğu halda isə beh ödənilmiş ümumi qiymətə daxil edilir. Beh haqqında razılaşma mütləq yazılı şəkildə bağlanmalıdır", - deyə hüquqşünas bildirib.

Mülki Məcəlləyə görə, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda notariat qaydasında təsdiq edilməlidir. Məcəllənin 491.3-cü maddəsinə görə isə, ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən beh haqqında müqavilə bağlanmadıqda vəsait avans kimi ödənilmiş sayılır.

Hikmət Əliyevin sözlərinə görə, avansın behdən əsas fərqi təminat funksiyası daşımamasıdır.

"Avans müqavilənin icrası üçün əvvəlcədən verilən ödənişdir. Əgər müqavilə ləğv edilərsə, avans tam şəkildə geri qaytarılmalıdır", - deyə o əlavə edib.

Odur ki, beh məqsədilə ödənilən vəsaitlə bağlı müqavilə bağlanmayıbsa, tərəflər ödənişi olduğu məbləğdə geri ala və ya qaytara bilərlər.