Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Gecə tez-tez oyanırsınızsa, diqqətli olun - Həkimlərdən vacib xəbərdarlıq

25 iyn 2025, 10:48
Gecə tez-tez oyanırsınızsa, diqqətli olun - Həkimlərdən vacib xəbərdarlıq

Gecə tez-tez oyanmaq ciddi xəstəliklərin əlaməti ola bilər.

Liderxeber.az "Daily Express"ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Flinders Universitetinin yuxu üzrə mütəxəssisləri xəbərdarlıq ediblər.

Mütəxəssislərin apardığı araşdırma göstərib ki, yuxunun tez-tez bölünməsi təkcə yuxu pozuntusu deyil, həm də insult və ürək çatışmazlığı kimi təhlükəli xəstəliklərin ilkin əlaməti ola bilər.

Risk qrupuna əsasən artıq çəkidən əziyyət çəkən, gecələr yüksək qan təzyiqi müşahidə olunan və xoruldayan şəxslər daxildir. Bu amillər yuxu rejimini pozur və sağlamlıq üçün ciddi risk yaradır.

"Araşdırmamız nəticəsində ilk dəfə sübut etdik ki, daimi xoruldama ilə yüksək qan təzyiqi arasında ciddi əlaqə var", - deyə layihənin rəhbəri, doktor Bastien Leşat bildirib.

Elm adamları 72 mindən çox insanın yuxusunu uzun müddət ərzində xüsusi texnologiyalar vasitəsilə ev şəraitində izləyiblər. Nəticədə məlum olub ki, iştirakçıların 15%-i, xüsusilə də artıq çəkisi olan şəxslər gecənin 20%-dən çoxunu xoruldamaqla keçirirlər. Bu isə nəzarətsiz hipertenziya (yüksək təzyiq) ilə birbaşa əlaqəlidir.

Leşat qeyd edib ki, daimi yüksək təzyiq ürək çatışmazlığı, insult, ürək və böyrək xəstəliklərinə yol aça bilər.

"Əgər yuxunuz həftədə beş-altı gün pozulursa, bu artıq xroniki hal alır və həyat üçün təhlükəli vəziyyət yarada bilər", - deyə o xəbərdarlıq edib.