Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

B və D vitaminləri təhlükə saçır: Endokrinoloq izah edir

20 iyn 2025, 12:17
B və D vitaminləri təhlükə saçır: Endokrinoloq izah edir

Vitaminsiz həyat təsəvvür olunmazdır, lakin onların həddindən artıq və nəzarətsiz qəbulu insan orqanizminə ciddi ziyan vura bilər.

Liderxeber.az kp.ru-ya istinadən xəbər verir ki, rusiyalı endokrinoloq Larisa Bavykina xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, xüsusilə B qrupu vitaminlərini dərman şəklində özbaşına qəbul etmək təhlükəlidir:

"Bu vitaminlər orqanizmdə hüceyrə bölünməsi proseslərinə birbaşa təsir edir. Bu isə o deməkdir ki, onların nəzarətsiz istifadəsi onkoloji xəstəliklərin inkişaf riskini artırır", - deyə Bavykina bildirib.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, D vitamini də artıq miqdarda qəbul edildikdə, orqanizm üçün təhlükə yaradır. Onun yüksək səviyyəsi kalsium mübadiləsini pozur, bu da damar divarlarında kalsiumun toplanmasına, nəticədə isə infarkt və insult riskinə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, siqaret çəkənlər arasında A vitamini qəbul edənlərdə ağciyər xərçəngi daha tez-tez inkişaf edir.

Həkimlər tövsiyə edirlər ki, heç bir halda özbaşına dərman və ya vitamin istifadəsinə yol verilməsin. Vitaminlərin təyinatı mütləq şəkildə həkim tərəfindən aparılmalıdır. Qəbula başlamazdan əvvəl analiz vermək və orqanizmdə hansı maddələrin çatışmadığını müəyyənləşdirmək vacibdir.