Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Azad olunmuş yeddi rayonda su təsərrüfatı layihələrinin sənədləşdirilməsi aparılır

19 iyn 2025, 13:08
Azad olunmuş yeddi rayonda su təsərrüfatı layihələrinin sənədləşdirilməsi aparılır

"İşğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir".

Liderxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, Ağdam rayonunun 47 min hektar, Füzuli rayonunun 26.4 min hektar, Cəbrayıl rayonunun 12.6 min hektar, Zəngilan rayonunun 7.1 min hektar, Qubadlı rayonunun 5.7 min hektar, Laçın rayonunun 1.5 min hektar və Kəlbəcər rayonunun 3.9 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı üzrə tədbirlər həyata keçirilir.

Qurum rəsmisinin sözlərinə görə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması tamamlanıb:

"Laçın və Kəlbəcər rayonları üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur".