Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Susuzluq şüur pozğunluğuna səbəb ola bilər – Mütəxəssisdən xəbərdarlıq

11 iyn 2025, 17:48
Susuzluq şüur pozğunluğuna səbəb ola bilər – Mütəxəssisdən xəbərdarlıq

Susuzlaşma orqanizmin itirdiyindən daha az maye qəbul etməsi nəticəsində yaranan və ciddi fəsadlara səbəb ola bilən bir haldır.

Xüsusilə isti havalarda tərləmənin artması bu riski daha da yüksəldir. Bu səbəbdən yay aylarında bədənin maye balansına xüsusi diqqət yetirilməlidir.

Liderxeber.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı endokrinoloq Gülnara Seyidova bu barədə xəbərdarlıq edib.

O, susuzlaşmanın əlamətləri və isti havada düzgün maye qəbulunun yolları barədə məlumat verib.

Mütəxəssis orqanizmdə maye çatışmazlığının ilk əlamətləri kimi ağız və selikli qişalarda quruluq, tünd və qatı sidik, sidik ifrazının azalması, baş ağrısı, yorğunluq, başgicəllənmə, əzələ qıcolmaları və zəiflik hissini qeyd edib. Daha ağır hallarda isə şüur pozğunluğu, arterial təzyiqin düşməsi və huşun itməsi mümkündür.

Seyidovanın sözlərinə görə, su mütləq tez-tez və az miqdarda qəbul edilməlidir. Elektrolitli içkilər (izotoniklər, rehidrasiya məhlulları) isə bədənə itirdiyi duz və mineralları bərpa etməkdə kömək edir. Alternativ olaraq hindqozu şirəsi, şorbalar və bulyonlar da faydalı ola bilər.

Həkim qeyd edib ki, susuzluq hiss etməsəniz belə, müntəzəm olaraq su içmək vacibdir. Eyni zamanda, kofeinli və alkoqollu içkilərdən uzaq durmaq, yüngül və açıq rəngli geyimlər geyinmək, həmçinin günün ən isti saatlarında günün altında çox qalmamaq tövsiyə olunur.

Əgər susuzlaşma əlamətləri artırsa və ya ağır vəziyyət yaranarsa, mütləq həkimə müraciət olunmalıdır.