Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Şəhid ailələri üçün silsilə tədbirlər təşkil olundu - Fotolar

04 iyn 2025, 17:14
Şəhid ailələri üçün silsilə tədbirlər təşkil olundu - Fotolar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin sosial rifahına və şəhid övladlarının mənəvi inkişafına yönəlmiş silsilə tədbirlər həyata keçirilib.

Liderxeber.az xəbər verir ki, təşəbbüs çərçivəsində ilk olaraq şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.

Artıq ardıcıl dördüncü dəfə keçirilən bu tədbirin əsas məqsədi şəhid ailələrinin həyat keyfiyyətinin artırılması və onların sosial inteqrasiyasına dəstək göstərməkdir. Sərgidə 22 şəhid ailəsi üzvünün hazırladığı rəsm və əl işləri nümayiş etdirilib və satışa çıxarılıb.

Nazirlik və onun tabeliyindəki qurumların əməkdaşları tərəfindən həmin məhsulların alınması, ailələrin fəaliyyətinə dəstək məqsədi daşıyıb.

Silsilə tədbirlərin davamı olaraq, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün xüsusi əyləncəli proqram təşkil olunub. 50 şəhid övladının iştirak etdiyi tədbir çərçivəsində uşaqlar at gəzintisi və qayıq turunda iştirak edib, müxtəlif öyrədici və inkişafetdirici oyunlarda bacarıqlarını nümayiş etdiriblər. Onlar həmçinin maraqlı şou proqramları izləyərək, xoş və yaddaqalan anlar yaşayıblar.