Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

03 iyn 2025, 11:00
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb.

Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub.

Hadisə yerinə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərməyə davam edib.

Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonu Xudat şəhər sakini 1987-ci il təvəllüdlü N. İsmayılova olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib: “Həmin vaxt “Sherlock” restoranında bir müddət istirahət etmişdim, yeyib-içib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam”.

Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılovaya 5 sutkalıq inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.