Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Kişilərin sağlamlığı üçün faydalı olan dəniz məhsulları hansılardır? - Rusiyalı aşpaz izah edir

29 may 2025, 17:27
Kişilərin sağlamlığı üçün faydalı olan dəniz məhsulları hansılardır? - Rusiyalı aşpaz izah edir

Dəniz məhsulları delikatesləri və balıq müasir kişinin qida rasionu üçün əla əsasdır.

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı aşpaz Yevgeni Meşeryakov "Life.ru" nəşrinə müsahibəsində danışıb.

Aşpaz kişilərin sağlamlığı üçün ən faydalı dəniz məhsullarını sadalayıb.

Yevgeni Meşeryakovun sözlərinə görə, qızılbalıq, tuna balığı və skumbriya balığına kişilər arasında böyük tələbat var. Mütəxəssis həmçinin hormonal sistem üçün faydalı olan sink tərkibli istiridyələrə də diqqət yetirilməsini tövsiyə edib. Bundan əlavə, onların tərkibindəki təbii dofamin libidoya müsbət təsir göstərir, ona görə də, istiridyələrin afrodizyak hesab edilməsi təsadüfi deyil.

Meşeryakov kişilərə menyularına yağlı balıq növlərini əlavə etməyi məsləhət görüb. Onların tərkibində omeqa-3 və D vitamininin yüksək olması ürək-damar sisteminə və hormonal balansa yaxşı təsir göstərir.

Aşpaz eyni zamanda, krevetlər və kalmarları da xatırladıb. O vurğulayıb ki, bu dəniz məhsullarının tərkibində qan dövranını və maddələr mübadiləsini yaxşılaşdıran çox miqdarda fosfor və sink mövcuddur.