Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

28 may 2025, 15:00
Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

Lənkəran rayonunun Şovu kəndində baş verən partlayışın təfərrüatı məlum olub.

Liderxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında baş verib. Mağazaya gələn sahibkar obyektin qapısını açıb. O, içəri daxil olarkən mağazanın işıqlarını yandırmaq istəyib və bu vaxt anidən partlayış olub.

Məlumata görə, partlayışa səbəb mağazadakı iki soyuducu olub. Belə ki, köhnə olan soyuducularda nasazlıq yaranıb və soyutma balonundakı maye qaz marketə dolub. Səhər saatlarında sahibkar Mahir Cəbrayılov marketin işığını yandırarkən partlayış baş verib.

Hadisə nəticəsində M.Cəbrayılov ağır yanıq xəsarətləri alıb.