Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Ceyhunun nəşinin gətirilməsi üçün yardım kampaniyası başlatdılar

26 may 2025, 16:20
Ceyhunun nəşinin gətirilməsi üçün yardım kampaniyası başlatdılar

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərindəki çimərliklərin birində boğularaq vəfat edib.

Liderxeber.az xəbər verir ki, Ceyhunun nəşinin Azərbaycana gətirilməsi məqsədilə yardım kampaniyası başladılıb.

Bildirilib ki, ailəsinin arzusuna uyğun olaraq, onun nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən dostları yardım kampaniyası başladaraq Ceyhunun ailəsinə maddi və mənəvi dəstək olmaq qərarına gəlib.

Qeyd edək ki, Bostonda yaşayan Ceyhun Sadibəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə olarkən onun həyat yoldaşı suda boğulmağa başlayıb. 24 yaşlı Ceyhun xanımını xilas etmək istəyərkən özü ölüb.